İranda ofis binasının çökməsi nəticəsində ölənlərin sayı 37 nəfərə çatıbbackend

İranda ofis binasının çökməsi nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın cənub-qərbində yerləşən Abadan şəhərində 10 mərtəbəli ofis binasının çökməsi nəticəsində ölənlərin sayı 37-ə çatıb.

Bu barədə İranın dövlət televiziyası Abadan qubernatoru İhsan Abbaspura istinadən məlumat yayıb.

Abbaspurun sözlərinə görə, axtarış-xilasetmə işləri davam edir. Dağıntılar altında 38-ə qədər adam ola bilər.

İran Təhsil Nazirliyinin məlumatına görə, ölənlər arasında 5 universitet tələbəsi də var.

Hadisəyə görə şübhəli bilinən ümumilikdə 13 nəfər saxlanılıb.

Xatırladaq ki, biznes binası mayın 23-də çöküb. Prezident İbrahim Rəisi hadisənin dərhal araşdırılması və günahkarların məsuliyyətə cəlb edilməsi barədə göstəriş verib.