İraq Xarici İşlər Nazirliyi ölkənin İrandakı səfiri Nasir Abdul Mohseni məsləhətləşmələr üçün geri çağırıb.
İnterpress.az xəbər verir ki, bu barədə İraq XİN “X” səhifəsində məlumat yayıb.
Qeyd edək ki, İran İnqilab Keşikçiləri Qvardiyası (Sepah) yanvarın 15-dən 16-sına keçən gecə İraqın şimalında yerləşən Ərbil şəhərini raket atəşinə tutub. Hadisə nəticəsində 4 nəfərin öldüyü, 5 nəfərin isə yaralandığı iddia olunur.
İraq Prezidenti Əbdüllətif Camal Rəşid bildirib ki, Sepahın Ərbili raket atəşinə tutması İraqda deyil, bütövlükdə regionda təhlükəsizliyi təhdid edir.
İraq XİN hadisəni təcavüz kimi qiymətləndirib.
Tehran isə iddia edib ki, həmin ərazidə İrana qarşı olan terrorçu qruplar toplaşırmış.