İrəvanda Paşinyanın 155 əleyhdarı saxlanılıbbackend

İrəvanda Paşinyanın 155 əleyhdarı saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çərşənbə axşamı səhər Ermənistan polisi baş nazir Nikol Paşinyanın istefası tələbi ilə İrəvanda keçirilən etiraz aksiyalarında 155 nəfəri saxlayıb.

İnterpress.az xəbər verir ki, bu haqda RİA Novosti-yə idarənin mətbuat xidmətindən bildirilib.

“Hazırda 155 nəfər polis bölmələrinə təhvil verilib”, – mənbə bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistan parlamentinin “Ermənistan” müxalifət fraksiyasından olan vitse-spikeri İşxan Saqatelyan demişdi ki, genişmiqyaslı itaətsizlik aksiyaları səhər saat 07:00-da başlayacaq, yollar bağlanacaq, nəqliyyatın hərəkəti dayandırılacaq, “paytaxt iflic olacaq”. Onun sözlərinə görə, çərşənbə axşamı saat 18:00-da Fransa meydanında növbəti mitinq keçiriləcək.