2023-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun (İSF) həm gəlirləri, həm də xərcləri 217,7 milyon manat təşkil edib.
Bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Sənədə əsasən, bu, 2022-ci illə müqayisədə 20 % çoxdur.
Ötən il İSF-nin xərclərinin əsas hissəsini – 38,9 %-ni və yaxud 84,7 milyon manatını özünəməşğulluq fəaliyyətinin təşkili ilə bağlı xərclər, 19,6 %-ni və yaxud 42,7 milyon manatını isə məşğulluq orqanlarının saxlanılması ilə bağlı xərclər təşkil edib.