İslandiyadakı vulkandan çıxan kül buludları paytaxta doğru irəliləyirbackend

İslandiyadakı vulkandan çıxan kül buludları paytaxta doğru irəliləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İslandiyanın Reykjanes yarımadasında baş verən vulkan püskürməsinin ardından kül buludlarının paytaxt Reykyavikə çatacağı ilə bağlı xəbərdarlıq edilib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Qeydə alınan zəlzələlərdən sonra dekabrın 18-də baş verən vulkan püskürməsinin ardından ətraf şəhərlər üçün xəbərdarlıq edilib. İslandiyanın Reykjanes yarımadasında verilmişdir.

Tüstü və kül qoxusu vulkandan hətta 30 kilometr uzaqda hiss olunarkən, kül buludlarının gün ərzində paytaxt Reykyavikə çatacağına dair xəbərdarlıq edilib.

İslandiyanın xarici işlər naziri Bjarni Benediktsson X sosial media hesabından verdiyi açıqlamada vulkan püskürməsi səbəbindən ölkənin hava nəqliyyatında heç bir aksama olmadığını bildirib.

Vulkan püskürməsi ilə bağlı “fövqəladə vəziyyət” elan edilib

İslandiyada baş verən ardıcıl zəlzələlərdən sonra vulkan püskürməsi ehtimalına qarşı noyabrın 11-də “fövqəladə vəziyyət” elan edilib.

Səlahiyyətlilər ehtiyat tədbiri olaraq ölkənin cənub-qərbindəki Qrindavik şəhərini boşaltmağa qərar vermişdilər.

İslandiya Meteorologiya İdarəsi (IMO) dekabrın 18-də Qrindavik yaxınlığında vulkan püskürməsinin baş verdiyini açıqlayıb.

İslandiya Mülki Müdafiə və Fövqəladə Hallar İdarəsi səlahiyyətlilərindən Vidir Reynisson ölkədə yayımlanan RUV televiziyasına verdiyi açıqlamada maqma axınına diqqət çəkərək hadisənin bölgə üçün “böyük partlayış kimi” olduğunu bildirib.