İsrail HƏMAS ilə atəşkəs haqqında danışıqlar aparmır, lakin bir qrup ölkələr hazırda Qəzza zolağında atəşkəsin bərqərar olmasına və girovların azad edilməsinə çalışır.
İnterpress.az xəbər verir ki, bunu “Rossiya-24” telekanalının efirində İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Tsvi deyib.
“HƏMAS-la atəşkəslə bağlı heç bir danışıqlar yoxdur. Amma hazırda bəzi danışıqlar gedir. Mossadın rəhbəri David Barnea, ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns və Qətərin Baş naziri Məhəmməd bin Abdel Rəhman əl Tani ilə birlikdə indi atəşkəs və girovlarımızın azad edilməsi üçün həll yolunun necə tapılması ilə bağlı danışıqlar aparır”, – o qeyd edib.