İsrail həftə sonu Parisdə keçiriləcək danışıqlara qatılacaqbackend

İsrail həftə sonu Parisdə keçiriləcək danışıqlara qatılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dörd aydır Qəzza zolağında hərbi əməliyyatlar aparan və böyük hissəsini viran qoyan İsraillə Həmas arasında atəşkəs üçün danışıqlar həftə sonu Parisdə keçiriləcək.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

ABŞ, Qətər və Misirin, eləcə də İsrailin nümayəndələri HƏMAS-ın girovluğunda olan israillilərin azad edilməsini əhatə edən danışıqlarda iştirak edəcək.

Atəşkəslə bağlı əvvəlki danışıqlar iki həftə əvvəl, İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-ın İsrailin bölgədən çıxması ilə nəticələnəcək dörd ay yarımlıq atəşkəs təklifini rədd edərək bunu “məntiqsiz” adlandırması ilə uğursuzluqla başa çatıb.

Bununla belə, Fələstinin HƏMAS silahlı qruplaşmasının lideri İsmayıl Haniyə bu həftə Misirdə olub. Haniyənin Misirdə olmasının danışıqların davam etdiyinə dair həftələr ərzində ən güclü işarə olduğu düşünülür.

İsrailin Kanal 12 telekanalı xəbər verir ki, müharibə kabineti Mossad kəşfiyyat xidmətinin rəhbəri David Barneanın başçılıq etdiyi danışıqlar qrupunun Parisə göndərilməsini təsdiqləyib.

Mövzu ilə bağlı ona verilən məlumatı paylaşan mənbə Parisdə keçiriləcək görüşlərə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Burns, Qətərin baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani və Misir kəşfiyyatının rəhbəri Abbas Kamelin də qatılacağını bildirib.

Martın 10-da başlanacaq və bir ay davam edəcək Ramazan bayramı öncəsi diplomatik səylərin sürət qazandığı görülüb.

İsrailin açıqladığı rəqəmlərə görə, oktyabrın 7-də İsrailə eyni vaxtda həyata keçirilən hücumlarda HƏMAS 1200 nəfəri öldürüb, 253 nəfəri qaçıraraq girov götürüb.

HƏMAS-ın hələ də 100-dən çox girov saxladığı düşünülür.İsrailin bu hücumlara cavab vermək üçün oktyabr ayında başlatdığı hərbi əməliyyatda Qəzzada səhiyyə rəsmilərinə görə indiyədək təxminən 30.000 fələstinli öldürülüb.