Ekspertlərin fikrincə, baş nazir Benyamin Netanyahu başda olmaqla İsrail rəsmiləri “könüllü köç” adı altında Qəzzə xalqını öz torpaqlarından qovmaqla “etnik təmizləmə” planlaşdırır. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. İsrailin “HaYom” qəzetinin məlumatına görə, Netanyahu bu ölkənin baş naziri ilə görüşündə deyib. Likud Partiyasının millət vəkilləri deyib ki, onların problemi qaçqın ölkələri qəbul etməyə hazır olmalarıdır. Bunu həll etmək üçün çalışılır.
Likud Partiyasının üzvü, İsrail millət vəkili Denni Danon da “Newsweek” jurnalında “Qəzzalılara “könüllü köç” fürsəti təklif edən” 5 maddəlik sözdə plan dərc etdiyini bildirib. Danon məqalədə fələstinliləri də “nasistlərlə” müqayisə edib.
Human Rights Watch (HRW) təşkilatının keçmiş direktoru professor Kennet Rot, Corc Vaşinqton Universitetinin beynəlxalq münasibətlər və siyasi elmlər professoru Maykl Barnett, isveçli politoloq və hüquq müdafiəçisi Helene Sejlert AA müxbirinə İsrailin “könüllü miqrasiya” adlandırılan planını dəyərləndiriblər.
“İsrailin çoxdankı planlarından biri Qəzzadan və İordan çayının qərb sahilindən mümkün qədər çox fələstinlini çıxarmaq idi. Beləliklə, bu, əslində, bütün niyyət və məqsədlər üçün etnik təmizləmənin bir forması olan daha geniş gündəmin bir hissəsidir”, – Barnett bildirib.
“Könüllü köç”ün fərqli bir etnik təmizləmə üsulunu təmsil etdiyini qeyd edən Barnett, Qəzzalıların daim İsrail bombaları ilə üzləşdiyi üçün “könüllülüyün” heç bir mənası olmadığını vurğulayıb.
Barnett İsrailin həll yolunun “fələstinlilərdən qurtulmaq” olduğunu, Netanyahunun bunu dilə gətirdiyini və Netanyahunun nə demək istədiyini hamının anladığını bildirib.