İsrail Müdafiə Ordusu: “HƏMAS dinc sakinlərin yaşadıqları ərazilərə raket zərbələri endirib”backend

İsrail Müdafiə Ordusu: “HƏMAS dinc sakinlərin yaşadıqları ərazilərə raket zərbələri endirib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

HƏMAS İsrailin mülki zonalarına və dinc sakinlərin yaşadıqları ərazilərə raket zərbələri endirib.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.

Bildirilib ki, HƏMAS İsrailin cənubundakı Beer-Şeva şəhərində mülki israillilərin yaşadıqları ərazilərə 12 raket atıblar. Məlumata görə, raketlər Qəzza zolağının cənubundakı Rəfaha təxliyə edilmiş mülki vətəndaşların çadırları və BMT-nin obyektlərinin yaxınlığından atılıb.

Vurğulanıb ki, silahlı qruplaşma mülki infrastruktur, məktəblər, yaşayış məntəqələri, BMT obyektləri yaxınlığındakı humanitar zonalardan, mülki şəxslərdən canlı qalxan kimi istifadə edir.