İsrail ordusu İslami Cihadın yüksək rütbəli komandiri Əbu Fanun öldürüb.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.
Bildirilib ki, İsrail dəniz qüvvələri zərbələrlə quru qoşunlarına dəstək verməyə davam edir.
Qeyd edək ki, İsraillə Həmas arasında müharibə 2023-cü il oktyabrın 7-də başlayıb.