İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin Hizbullahla müharibəyə hazır olduğunu bildirib.
İnterpress.az “The Times of İsrail”ə istinadən xəbər verir ki, o, bu barədə hərbçilərlə görüşündə deyib
B.Netanyahu vurğulayıb ki, İsrail Hizbullahla müharibə etmədən bölgədə təhlükəsizliyi bərpa etməyə üstünlük verir: “Lakin savaşa da hazırıq”.
Qeyd edək ki, İsraillə HƏMAS arasında müharibə ötən il oktyabrın 7-də başlayıb.