İsrailin Qəzzaya hücumlarına ABŞ-ın İsveçdəki səfirliyi qarşısında etiraz aksiyası keçirilibbackend

İsrailin Qəzzaya hücumlarına ABŞ-ın İsveçdəki səfirliyi qarşısında etiraz aksiyası keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın İsveçdəki səfirliyi qarşısında keçirilən Fələstinə dəstək nümayişində İsrailin Qəzzaya hücumları etiraz edilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Paytaxt Stokholmda İsrailin mühasirəsinə və Qəzzaya hücumlarına etiraz etmək istəyən onlarla Fələstin tərəfdarı havanın soyuq olmasına baxmayaraq Odenplan bölgəsində bir araya gəlib. Nümayişçilər buradan ABŞ səfirliyinə doğru yürüş edərək, İsrailin Qəzzaya hücumlarının hərbi cinayət kimi qiymətləndirilməsini tələb ediblər.

Qəzzaya hücumları dərhal dayandırmağa çağıran nümayişçilər əllərində “Azad Fələstin, azad Qəzza”, “Soyqırımı dayandırın” və “İsraili boykot edin” yazılı plakatlar qaldırıblar.

“Qəzzada uşaqlar öldürülür”, “Fələstinə azadlıq” kimi şüarlar səsləndirən nümayişçilər ABŞ-ın İsrailin törətdiyi müharibə cinayətlərində şərik olduğunu müdafiə ediblər.