İstefaya göndərilən Peru prezidenti Meksikadan siyasi sığınacaq istəyibbackend

İstefaya göndərilən Peru prezidenti Meksikadan siyasi sığınacaq istəyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Parlament tərəfindən istefaya göndərilən Peru prezidenti Pedro Kastilyo Meksikadan siyasi sığınacaq istəyib.

Bunu Meksikanın xarici işlər naziri Marselo Ebrard tviterdə yazıb.

“Kastilyo bu gün səhər tezdən Meksika səfirliyinə daxil olan sığınacaq ərizəsini göndərdiyini təsdiqləyib. Biz Peru hakimiyyəti ilə məsləhətləşmələrə başlamışıq” – o, tviterdə yazıb.

Qeyd edək ki, Peru parlamenti qanunverici orqanın buraxıldığını və komendant saatı tətbiq edildiyini elan edən prezident Pedro Kastilyonun istefaya göndərilməsinə səs verib.