İsveç rəsmi olaraq NATO-ya 32-ci üzv olub.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
İsveçin Şimali Atlantika Alyansına qoşulması protokolu ABŞ Dövlət Departamentinin saytında dərc edilib.
Sənəd 2024-cü il martın 7-də qüvvəyə minib.
Məlumata əsasən, bu gün İsveçin baş naziri Ulf Christenson Vaşinqtondadır və burada prezident Baydenin Konqresdəki çıxışında iştirak edəcək.
Xatırladaq ki, İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün ərizələrini 2022-ci ilin martında, Ukraynada Rusiya müharibəsi başlayandan sonra təqdim ediblər. Finlandiya 2023-cü ilin martında Alyansa üzv olub.