İtaliya hökuməti Avropa Birliyinin (AB) üzvü və Şengen ölkəsi Sloveniya ilə quru sərhəd qapılarında sərhəd nəzarətini daha 5 ay uzaddığını açıqlayıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
İtaliya Daxili İşlər Nazirliyindən verilən yazılı açıqlamada Sloveniya sərhədində sərhəd nəzarətinin yanvarın 19-dan etibarən 5 ay daha qüvvədə olacağı bildirilib.
Açıqlamada, İtaliya hökumətinin bu qərarının bu gün daxili işlər naziri Matteo Piantedosi tərəfindən Aİ səlahiyyətlilərinə çatdırıldığı bildirilib.
Qeyd olunub ki, İtaliyaya gələn qeyri-qanuni immiqrantlar arasında terrorçuların sızma riskinin davam etməsi və Balkan marşrutundan ən böyük axının Sloveniya ilə quru sərhədindən olması səbəbindən sərhəd nəzarətinin müddətinin uzadılması qərarı verilib.
İtaliyada Giorgia Meloni başda olmaqla sağçı koalisiya hökuməti, Avropa və Yaxın Şərqdə baş verən hadisələrə görə 2023-cü ilin oktyabrında Sloveniya ilə quru sərhəd qapılarına nəzarəti yenidən tətbiq etmək qərarına gəlib.
21 oktyabr 2023-cü il tarixində İtaliyanın Sloveniya ilə başlatdığı sərhəd nəzarəti təcrübəsindən sonra Sloveniya eyni gün Xorvatiya və Macarıstanla sərhəd nəzarətinə başladı.
Sloveniya ötən ilin dekabrında bu iki ölkəyə qarşı sərhəd nəzarətini 2024-cü ilin iyun ayına qədər uzatdığını açıqlamışdı.