Kanada Ukraynaya yeni hərbi yardım paketini qəbul edibbackend

Kanada Ukraynaya yeni hərbi yardım paketini qəbul edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanada Ukraynaya tədarük etdiyi 155 mm-lik M777 haubitsaları üçün 20 mindən çox mərmi göndərmək qərarına gəlib.

Bu barədə Kanadanın müdafiə naziri Anita Anand Britaniya Kolumbiyası əyalətinə səfəri zamanı bildirib.

Anand əlavə edib ki, yardım partiyası çox yaxın vaxtlarda Ukraynaya gələcək.

Müdafiə naziri qeyd edib ki, bu hərbi yardım paketi 98 milyon Kanada dolları (76,3 milyon ABŞ dolları) həcmində qiymətləndirilir.