Keniya bütün ölkələr üçün viza tələbini qaldırırbackend

Keniya bütün ölkələr üçün viza tələbini qaldırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keniya ölkəyə viza azadlığının başladığını açıqlayıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Keniya İmmiqrasiya İdarəsinin baş katibi Julius Bitok vizasız daxil olan ilk sərnişinlərin Jomo Kenyatta hava limanına endiyi məlumatını açıqlayıb.

Bitok ziyarətçilərin Keniyaya Elektron Səyahət Səlahiyyəti (ETA) sistemindən istifadə edərək daxil olduqlarını və bu yolla viza almalarına ehtiyac olmadığını bildirib.

İndiyə qədər təxminən 5 min ETA müraciəti olduğu məlumatını paylaşan Bitok, 2 mindən çox müraciətin təsdiqləndiyini açıqladı.

Keniya prezidenti Uilyam Ruto dekabrın 12-də İngiltərədən müstəqilliklərinin 60-cı ildönümü münasibətilə keçirilən mərasimdə 2024-cü ildən etibarən ölkəyə giriş üçün viza tələbini ləğv edəcəklərini açıqlayıb.

Keniya bütün ölkələr üçün viza tələbini aradan qaldıraraq 2027-ci ildə turist sayını 4,5 milyona çatdırmağı hədəfləyir.