Kərkükdə terror: 3 əsgər ölüb, 2 əsgər yaralanıbbackend

Kərkükdə terror: 3 əsgər ölüb, 2 əsgər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraqın Kərkük şəhərində hərbçilərə qarşı təşkil edilən partlayışda 3 əsgər həyatını itirib, 2 əsgər isə yaralanıb.

İnterpress.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Havice rayonunun Aşağı Zap bölgəsində qeydə alınıb.

Belə ki, yola yerləşdirilən partlayıcının partlaması nəticəsində 3 əsgər şəhid olub, ikisi isə yaralanıb.

Hadisəyə görə məsuliyyəti üzərinə götürən olmayıb.