Şimali Koreya lideri Kim Jong-un Cənubi Koreyanı “daimi düşmən” kimi təyin etmək üçün konstitusiyanın yenidən yazılmasını tələb edib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Kim Ali Xalq Məclisinin (SPA) 10-cu sessiyasında Cənubi Koreya ilə münasibətləri dəyərləndirib.
O, Cənubi Koreya ilə barışıq axtarmayacaqlarını və konstitusiyanın Seulu “dəyişməz baş düşmən” olaraq təyin etmək üçün yenidən yazılmalı olduğunu söyləyib.
Kim Cənubi Koreya və ABŞ-ı hərbi təlimlər keçirmək və strateji varlıqları yerləşdirməklə Koreya yarımadasını mümkün müharibə zonasına çevirməkdə ittiham edib və Cənubi Koreya ilə birləşməyə çalışmağın “mümkün olmadığını” vurğulayıb.
Kim həmçinin “Şimalın yarısı, sülh yolu ilə birləşmə və böyük milli birlik” kimi ifadələrin konstitusiyadan çıxarılmasının lazım olduğunu bildirib və Pxenyanda iki ölkə arasında birləşməni təsvir edən abidənin sökülməsini tələb edib.
Şimali Koreyanın birtərəfli müharibəyə başlamaq istəyinin olmadığını, lakin müharibədən qaçmayacaqlarını ifadə edib.
“Koreyalararası münasibətlərin acı tarixindən çıxarılan son nəticə odur ki, milli bərpa yolunda birlikdə irəliləyə bilmərik”, o əlavə edib.