Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Koordinatoru Con Kirbi ABŞ-ın hava hücumlarının İraqdakı 3, Suriyadakı 4 obyektin vurulduğunu açıqlayıb. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir. O söyləyib ki, ABŞ-in müdaxiləsi bu gecə başlayıb, lakin bu gecə bitməyəcək.
“Hücumdan əvvəl İraq hökumətinə məlumat vermişdik. Biz İranla müharibə istəmirik. İordaniyada 3 ABŞ əsgərinin həlak olduğu hücumdan sonra İranla heç bir əlaqə olmayıb”, – Con Kirbinin açıqlamasında qeyd edilib.