Kolumbiyanın Choco inzibati bölgəsində yanvarın 13-də magistral yolda baş verən sürüşmə nəticəsində həyatını itirənlərin sayı 39-a yüksəlib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Kolumbiyanın Milli Fəlakət Riskinin İdarə Edilməsi Birliyinin (Ungrd) verdiyi açıqlamada, Quibdo-Medellin avtomobil yolunda baş verən fəlakətdə ölənlərin sayının artdığı açıqlanıb.
Açıqlamada həyatını itirənlərin sayının 39-a yüksəldiyi, itkin düşənlərə çatmaq üçün işlərin davam etdirildiyi bildirilib.
Yerli rəsmilərlə birlikdə magistral yolu ziyarət edən prezident Qustavo Petro torpaq sürüşməsi nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.
Həlak olanların ailələrinə hər cür dəstəyi verəcəklərini ifadə edən Petro hadisədən dərin kədərləndiklərini qeyd edib.