“Xırdatutumlu ticarət obyektlərində, yəni kiçik marketlərdə hansısa COVID pasportu tələb olunmur”.
bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
O bildirib ki, Nazirlər Kabinetinin qərarına görə, yalnız iri ticarət mərkəzlərində bu pasport tələb ediləcək:
“Vətəndaş ölkə ərazisində sərbəst hərəkət etmək istəyirsə, mütləq vaksinasiyadan keçməlidir”.
DİN rəsmisi əlavə edib ki, hazırda koronavirusla bağlı metroda risk təhlükəsi yoxdur:
“Metroya giriş sərbəstdir. Orada vaksinasiya ilə bağlı sənəd tələb olunmur. Son məlumata görə, metroda aktiv koronavirus xəstəsi aşkarlanmayıb.”.