Koronavirusla mübarizə apara bilməyən BACARIQSIZ QURUM: “Səhiyyə qurumları arasında ciddi koordinasiyasızlıq var”backend

Koronavirusla mübarizə apara bilməyən BACARIQSIZ QURUM: “Səhiyyə qurumları arasında ciddi koordinasiyasızlıq var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhiyyə sistemi öz etibarını bütünlüklə itirib”.

İnterpress.az xəbər verir ki, bunu ölkədə yoluxma sayının getdikcə pik həddə çatmasına təsir edən problemləri dəyərləndirən Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının Diaqnostik və İnvaziv Radiologiya İnstitutunun şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev deyib.

Onun sözlərinə görə, hazırda müşahidə olunan vəziyyət olduqca acınacaqlıdır:

“Mövcud vəziyyətdə xəstələr çarəsiz qalaraq evdə özbaşına bütün dərmanları qəbul edirlər. Xəstələrin həkimsiz qalması, daha doğrusu həkim və tibbi xidmət üçün edilən rəsmi müraciətlərin cavabsız və ya icrasız qalması nəzərə çarpır. Bununla yanaşı, insanlar arasında ölüm qorxusu yaranıb. Bu halların sayını artırmaq da olar. Amma məhz bu üç hal artıq kifayətdir ki, səhiyyə sisteminin bu gün dekompensə olduğunu, artıq bacarmadığını söyləyək. Bu günlərdəki yoluxma sayını da nəzərinizdə saxlayın. Bu qədər sayla ortada göstərilə bilməyən tibbi xidmət varsa, heç vaxt inkişaf etmiş və ya inkişaf etmək istəyən səhiyyədən danışmaq olmaz.

İnsanların səhiyyə sisteminə artıq etibarları qalmayıb, daha doğrusu səhiyyə sistemi öz etibarını bütünlüklə itirib. Bu problemin həllinə illər sərf olunacaq. Həllinə isə sabah başlamaq artıq gecdir, indi başlamaq lazımdır. Səhiyyə qurumları arasında ciddi koordinasiyasızlıq var. Bu da ciddi hazırlıqsızlıq deməkdir və deməli, səhiyyə sistemimiz bacarıqsızdır”.

Gülşən