Laçında “Gilabi Ceramics” Yaradıcılıq Mərkəzi fəaliyyətə başlayıbbackend

Laçında “Gilabi Ceramics” Yaradıcılıq Mərkəzi fəaliyyətə başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Laçın şəhərində “Gilabi Ceramics” Yaradıcılıq Mərkəzinin açılış mərasimi keçirilib.

Bu barədə İnterpress.az-a Laçın Abadlıq Xidmətindən məlumat verilib.

Bildirilib ki, açılış mərasimində Prezidentin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov, “Bakı Abadlıq Xidməti” MMC-nin, “Laçın Abadlıq Xidməti” ASC-nin və digər qurumların əməkdaşları iştirak ediblər. Mərasim iştirakçıları mərkəzdə yaradılan şəraitlə tanış olublar.

Qeyd edək ki, bu gün Laçında həm də “İslimi” Xalçaçılıq Mərkəzi açılıb.