Latviya DİN repatriasiya haqqında qanunu dayandırmaq niyyətindədirbackend

Latviya DİN repatriasiya haqqında qanunu dayandırmaq niyyətindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Latviyanın Daxili İşlər Nazirliyi Rusiya vətəndaşlarının müraciətlərinin artması ilə əlaqədar “Repatriasiya haqqında” qanunun fəaliyyətinin dayandırılması təşəbbüsü ilə çıxış etmək niyyətindədir.

Bu barədə “Report” “Baltnews”a istinadən xəbər verir.

Nazirlik qeyd edib ki, latviyalı ruslar getdikcə daha çox repatriant statusu və “repatriasiya hüququ ilə” daimi yaşayış icazəsi tələb etməyə başlayıblar.

Qeyd olunub ki. 1995-ci ildə qanunun qüvvəyə minməsindən sonra repatriasiya axını Şərq və Qərb ölkələri arasında bərabər paylanırdı. Lakin lakin ötən il repatriant və ya repatriatın ailə üzvü statusu alan rusların payı ümumi sayının 81%-nə çatıb.