Latviya Rusiyanın daha 80 telekanalının yayımını qadağan edibbackend

Latviya Rusiyanın daha 80 telekanalının yayımını qadağan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Latviyanın Elektron KİV üzrə Milli Şurası ölkədə Rusiyanın daha 80 telekanalının yayımını qadağan edib.

İnterpress.az xəbər verir ki, bu barədə şuraının başçısı İvars Abolinş bildirib.

“Bu qərar iyunun 9-dan qüvvəyə minəcək. Rusiya Ukraynaya qarşı müharibəni dayandırmayanadək qüvvədə olacaq”, – o qeyd edib.

Məlumata görə, başqa telekanallarla yanaşı, “E TV”, “İllüzion”, “Kino24”, “Mir TV”, “Oxota və rıbalka”, “Perets”, “Russki İllüzion” da qadağan edilib.

Bu il martın 1-dən isə “Mir 24” və “RTVI”nin yayımı qadağan olunub.