Livanın cənubundan İsrailin şimalına 100 raket atılıb.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Livanın cənubundan İsrailin şimalına 100-ə qədər raket atılıb.
Mərmilərin bir hissəsi şimaldakı Krayot bölgəsinə düşüb.
Qeyd edilir ki, bu, İsrail-Livan sərhədində eskalasiya başlayandan bəri ərazinin ən ağır atəşə tutulmasıdır.
Nəticədə 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Xuraman Etibarlı
İnterpress.az