London küçələrində oğrular 4 milyon funt sterlinq dəyərində dəbdəbəli saatlar oğurlayıblarbackend

London küçələrində oğrular 4 milyon funt sterlinq dəyərində dəbdəbəli saatlar oğurlayıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

London Böyükşəhər Polis İdarəsi 2022-ci ilin aprel-sentyabr ayları arasında şəhər küçələrində 300-dən çox dəbdəbəli saat oğurluğunda cəmi 4 milyon funt-sterlinq dəyərində saatın oğurlandığını açıqlayıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Agentliyin verdiyi açıqlamaya görə, London küçələrində baş verən dəbdəbəli saat oğurluqlarının təxminən 40 faizi Westminster, Hammersmith və Fulham, Kensington və Chelsea rayonları sərhədləri daxilində baş verib.

Açıqlamaya görə, qurbanlar əsasən əyləncə məkanlarını tərk edən sərxoş insanlar arasından seçilib və 2022-ci ilin aprel-sentyabr ayları arasında sözügedən üç rayonda 300-dən çox dəbdəbəli saat oğurlanıb.

London polisi bu dövrdə oğurlanan lüks saatların ümumi dəyərinin 4 milyon funt sterlinq (təxminən 153 milyon lirə) olduğunu açıqlayıb.