Lufthansa işçiləri yenidən tətil edir: 120 min sərnişin təsirlənəcəkbackend

Lufthansa işçiləri yenidən tətil edir: 120 min sərnişin təsirlənəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alman Hava Yolları şirkəti Lufthansa işçiləri yenidən tətilə başlayıblar.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Bu dəfə kabin heyəti tətilə çıxıb. Tətildə Frankfurt və Münhen hava limanlarının işçiləri iştirak ediblər. Uçuşlarda fasilələr yaranıb.Almaniyada Lufthansa-nın kabin heyəti tətil edib.

Birliyin çağırışı ilə dünən səhər saatlarında başlayan tətil bu gün saat 23:00-da başa çatacaq.

Almaniyanın Lufthansa aviaşirkətinin kabin heyəti dünən Frankfurt hava limanında tətil keçirib.

Bu gün Münhen hava limanının işçiləri tətilə qoşulacaq.

Şirkət 120 min sərnişinin tətildən təsirlənəcəyini açıqlayıb.

Lufthansa işçiləri 18 aylıq müqavilə müddəti üçün 15 faiz artım istəyirlər.

İnflyasiya ilə mübarizə üçün 3 min avro birdəfəlik ödəmə də birliyin tələbləri arasındadır.