Macarıstan: Bolqarıstanın Rusiya qazından əlavə vergini götürməsə, Şengenə daxil olmasının qarşısını alacağıqbackend

Macarıstan: Bolqarıstanın Rusiya qazından əlavə vergini götürməsə, Şengenə daxil olmasının qarşısını alacağıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın Xarici İşlər və Xarici Ticarət naziri Peter Szijjarto Bolqarıstanın “Türk axını” boru kəməri ilə ölkəsinə çatan Rusiya təbii qazına tətbiq etdiyi əlavə vergini aradan qaldırmasa, onun Şengen zonasına daxil olmasına veto qoyacaqlarını açıqlayıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Szijjarto Bolqarıstanın Şengen bölgəsinə daxil olması ilə bağlı açıqlama verib.

Szijjarto Bolqarıstanın “Türk axını” boru kəməri ilə Macarıstana çatan təbii qaza əlavə vergilər tətbiq edərək “düşmən münasibəti” nümayiş etdirdiyini ifadə edərək əlavə edib: “Bolqarıstanın Avropa qanunvericiliyinə tamamilə zidd olan bu qərarı qaz tədarükünü dayandırma riski yaradır”.

“Biz bolqarlara açıq şəkildə bildirdik ki, əgər onlar bu təcrübəni davam etdirsələr və Macarıstanın enerji təchizatını uzun müddət təhlükə altına atarlarsa, biz onların Şengen zonasına daxil olmasına veto qoyacağıq”, – deyə Szijjarto bildirib.

Oktyabr ayında Sofiya administrasiyası öz ərazisi ilə başqa ölkələrə gedən təbii qaza hər kubmetr üçün təxminən 10 avro əlavə vergi tətbiq etməyə başlayıb.