Madriddə 16 yaşlı yeniyetmə Gürcüstan vətəndaşını bıçaqlayıbbackend

Madriddə 16 yaşlı yeniyetmə Gürcüstan vətəndaşını bıçaqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Madriddə 16 yaşlı yeniyetmə 23 yaşlı Gürcüstan vətəndaşını yaralayıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

İspaniya mətbuatının yazdığına görə, hadisə fevralın 22-də axşam saatlarında Villaverde rayonundakı Manojo de Rosa küçəsində baş verib.

Mətbuat supermarketlərin birində iki azyaşlının Gürcüstan vətəndaşını şüşə ilə hədələdiyini, daha sonra onlardan birinin bıçaqladığını yazır. Qarşıdurmanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, onlar və həkimlər yaralını şok vəziyyətində və çoxlu qanaxma vəziyyətində tapıblar. Yaralıya təcili tibbi yardım göstərildikdən sonra o, xəstəxanaya çatdırılıb. Hazırda onun həyatı üçün təhlükə yoxdur.

Həbs edilən 16 yaşlı yeniyetmə yerli polis tərəfindən şəhər prokurorluğunun yetkinlik yaşına çatmayanlarla iş şöbəsinə təhvil verilib.