Makron mübahisəli miqrasiya qanununu Konstitusiya Şurasına təqdim edibbackend

Makron mübahisəli miqrasiya qanununu Konstitusiya Şurasına təqdim edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada ifrat sağçıların səsləri ilə dekabrın 19-da parlamentdə təsdiqlənən mübahisəli immiqrasiya qanunu prezident Emmanuel Makron tərəfindən Konstitusiya Şurasına keçirilib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Konstitusiya Şurasının internet saytında yer alan xəbərə görə, parlamentdə uzun müzakirələrdən sonra təsdiq edilən immiqrasiya qanununu Şuraya gətirənlər arasında 60-dan çox deputat, Milli Assambleyanın sədri Yael Bratin-Pivet, eləcə də prezident Makron var.

Dekabrın 19-da Milli Assambleyada 186 əleyhinə 349 səslə qəbul edilən qanunla bağlı Konstitusiya Şurasına müraciətində Makron qeyd edib ki, qanunun müddəaları yalnız Konstitusiya Şurası tərəfindən bu müddəaların qanunlara hörmətlə yanaşdığını təsdiqlədikdən sonra həyata keçirilə bilər.
Prezident Makron da konstitusiya hüquq və prinsiplərinin vacibliyini vurğulayaraq, hökumətin təqdim etdiyi orijinal variantla müqayisədə qanunun transformasiyasına diqqət çəkib.

Konstitusiya Şurası qanunu təsdiq edərsə, qanun rəsmən dərc olunacaq, əks halda qanunun təsdiqi ilə nəticələnən Milli Məclisin səsverməsi ləğv ediləcək.

Konstitusiya Şurası həm də qanunun mətnindən mübahisə doğuran maddələri çıxarmaq səlahiyyətinə malikdir.

Daxili işlər naziri Gerald Darmanin immiqrasiya qanun layihəsini Senata təqdim etdi və ifrat sağçıların çoxluq təşkil etdiyi Senatda immiqrasiya tədbirlərini daha da sərtləşdirən maddələrə düzəlişlər edildi. Senat tərəfindən düzəlişlərlə təsdiqlənən immiqrasiya qanun layihəsini 14 parlamentaridən ibarət Birgə Komissiya da razılaşdırıb. Qanun layihəsi dekabrın 19-da Milli Məclisdə yekun formada təsdiqlənib.