Cənubi Afrika ölkəsi Malavidə daşqın və torpaq sürüşməsi nəticəsində 6 nəfər həyatını itirib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Malavi Fəlakət İdarəsi tərəfindən verilən açıqlamada ölkənin Nxotakota bölgəsində leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində 6 nəfərin öldüyü açıqlanıb.
Açıqlamada seldən zərər çəkmiş rayonun infrastrukturuna ciddi ziyan dəydiyi və rayona avtomobil nəqliyyatının təmin edilmədiyi bildirilib.
Açıqlamada, təbii fəlakətdən təxminən 14 min insanın zərər çəkdiyi, köçkün vətəndaşların düşərgə ərazilərinə göndərildiyi bildirilib.