Məhəmməd Salaha maaşının 20 faizini dövlət büdcəsinə köçürmək təklif edilibbackend

Məhəmməd Salaha maaşının 20 faizini dövlət büdcəsinə köçürmək təklif edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misirli siyasətçi Abdel Sanad Yamama “Liverpul”un hücumçusu Məhəmməd Salaha maaşının 20 faizini dövlət büdcəsinə köçürməyi təklif edib.

İnterpress.az xəbər verir ki, Yamama xaricdə yaşayan bütün misirlilərə münasibətdə belə bir tədbir görülməsini istəyib.

Bunda məqsəd Misir funtunun dəyərdən düşməsi fonunda ölkə iqtisadiyyatını sabitləşdirməkdir.

Salahın “Liverpul”la müqaviləsinin müddəti 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Hücumçu İngiltərə klubunda həftədə təxminən 1 milyon funt sterlinq qazanır.