Məktəbli qız illərlə davam edən bullinqdən sonra canına QƏSD ETDİ – VİDEObackend

Məktəbli qız illərlə davam edən bullinqdən sonra canına QƏSD ETDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrkutsk vilayətində şagird bullinq səbəbindən intihar edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

İrkutsk vilayətində dəhşətli hadisə baş verib. Səkkizinci sinif şagirdi Valeriya yaşadığı təzyiqlərə dözməyərək özünə qəsd edib.

Yaxınlarının sözlərinə görə, qız beş il ərzində sinif yoldaşlarının mütəmadi olaraq bullinqinə (təqib və psixoloji təzyiq) məruz qalıb.

Valeriya dəfələrlə sinif rəhbərinə şikayət etsə də, məktəb rəhbərliyinin cavabı yalnız şagirdlərlə aparılan qısa “söhbətlərlə” məhdudlaşıb.

Bu tədbirlərin heç bir nəticəsi olmayıb və qıza qarşı təzyiqlər davam edib.

Hadisədən sonra mərhumun ailəsi və yerli sakinlər yalnız təzyiq göstərən şagirdlərin deyil, həm də uzun müddət yardım çağırışlarına laqeyd qalan və məsuliyyətdən boyun qaçıran şəxslərin cəzalandırılmasını tələb edirlər. Faktla bağlı artıq cinayət işi başlanılıb.

Hüquq-mühafizə orqanları məktəb rəhbərliyinin və sinif rəhbərinin hərəkətlərində xidməti səhlənkarlıq əlamətlərinin olub-olmadığını araşdırır.

Xuraman Etibarlı

İnterpress.az