İnterpress.az xəbər verir ki, Mərakeş Milli Geofizika İnstitutunun prezidenti Nasser Cabur, AA müxbirinə verdiyi açıqlamada, episentri ölkənin mərkəzi bölgələrindəki Deryuş şəhəri sahillərində olan 4,7 bal gücündə zəlzələnin dünən axşam saat 20.17-də baş verdiyini söylədi. .
Cabur zəlzələnin Dəryuş, Nazur və Huseyme şəhərləri və ətraf rayonlarda hiss edildiyini bildirib.
Zəlzələ nəticəsində can və ya mal itkisi ilə bağlı məlumat paylaşılmayıb.
2023-cü il sentyabrın 8-nə keçən gecə Mərakeşin Əl-Huz şəhərində baş verən zəlzələ nəticəsində 3 minə yaxın insan həyatını itirib, 6 mindən çox insan isə yaralanıb. Söz mövzusu zəlzələdə Azilal bölgəsində çox sayda insan tələfatı meydana gəldi.
İnterpress.az