Millət vəkili Tənzilə Rüstəmxanlı Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurasının (EAPCA) təqdimatına həsr olunmuş rəsmi resepsiyada iştirak edib.
EAPCA-nın təqdim olunması Azərbaycan–Avro-Atlantik münasibətlərinin yeni mərhələyə keçməsi, siyasi dialoqun və strateji əməkdaşlığın daha da genişlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu təşəbbüs Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi, təhlükəsizlik, iqtisadi inkişaf və diplomatik əlaqələr sahəsində yeni imkanların formalaşmasına xidmət edir.
Tənzilə Rüstəmxanlı çıxışında Azərbaycanın Avro-Atlantik məkanda etibarlı tərəfdaş kimi möhkəmlənməsinin, diaspor birliklərinin koordinasiyasının və institusional əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
EAPCA-nın fəaliyyəti ölkəmizin modern inkişaf xəttinə və qlobal inteqrasiya strategiyasına mühüm töhfə verəcək.






