Milli Məclis dünya azərbaycanlılarına müraciət edəcək.
İnterpress.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında parlamentin qərar layihəsi qanunverici orqanın dekabrın 30-dakı iclasında müzakirəyə çıxarılacaq.
Deputatlar toplantı zamanı qərar layihəsinə münasibətlərini bildirəcəklər.