Deputat Fazil Mustafa Milli Məclisin Mədəniyyət komitəsinə sədr seçilib.
İnterpress.az xəbər verir ki, bununla bağlı məsələ parlamentin dekabrın 8-də keçirilən iclasında səsəverməyə çıxarılaraq qəbul edilib.
Deputat Ülviyyə Həmzəyeva isə komitənin sədr müavini seçilib.
Qeyd edək ki, Milli Məclisin Mədəniyyət komitəsin keçmiş sədri Qənirə Paşayeva idi. O, bu ilin sentyabrında vəfat edib.