Misir Qəzza zolağının şimalına hava yolu ilə yardımların çatdırıldığını açıqlayıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Misir Ordusunun sözçüsü Qərib Əbdülhafez böyük qida böhranının yaşandığı Qəzza zolağına humanitar yardımın hava yolu ilə çatdırılması ilə bağlı açıqlama verib.
O, Misir və beynəlxalq koalisiyaya daxil olan digər ölkələrə aid hərbi təyyarələrin də bu gün Qəzzaya yardımı çatdırdığını bildirib.
Əbdülhafez qeyd edib ki, Qəzza zolağında Fələstin xalqının əziyyətini yüngülləşdirmək üçün Misirdən də Rafah Sərhəd Qapısı vasitəsilə yardım çatdırılıb.
Mərakeş də bu gün İsrail hökuməti ilə koordinasiyalı şəkildə Qəzzaya “ilk dəfə” hava yardımını dayandırdığını açıqlayıb.