Misirdə turistləri daşıyan avtobus QƏZAYA UĞRADI: 1 ölü, 43 yaralıbackend

Misirdə turistləri daşıyan avtobus QƏZAYA UĞRADI: 1 ölü, 43 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misirdə avtobusun qəzaya uğraması nəticəsində 39-u turist olmaqla 43 nəfər xəsarət alıb.

İnterpress.az xəbər verir ki, bu barədə Misir mediası məlumat yayıb.

Misirdə rusiyalı, ukraynalı və qırğızıstanlı turistləri daşıyan avtobusun qəzaya düşməsi nəticəsində 43 nəfər xəsarət alıb. Onların 39-u rusiyalı turistdir. Qəza zamanı bir qadın həyatını itirib.

Rusiya səfirliyindən bildirilib ki, hadisə Qahirə ilə Şarm əl-Şeyx arasındakı magistralda baş verib.

Yaralılardan biri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Diplomatik nümayəndəlik yerli hakimiyyət və sığorta şirkəti ilə əlaqə saxlayaraq rusiyalı vətəndaşlara lazımi yardımın göstərilməsinə nəzarət edir.

Xuraman Etibarlı

İnterpress.az