Yunanıstanın baş naziri Kiryakos Mitsotakis Yunan adaları üçün viza rejiminin sadələşdirilməsi üçün tarix təyin edib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Türk turistlər üçün Yunanıstanın 10 adasına ekspress viza müraciəti mart ayında başlayacaq. Yunanıstanın baş naziri Türkiyənin ABŞ-dan F-16 almaq istəyi ilə bağlı da fikirlərini bildirib.
Ərdoğanın dekabrın 7-də Afina səfərindən sonra ən çox müzakirə edilən mövzulardan biri də Yunan adalarında tətbiq olunacaq viza rejiminin sadələşdirilməsi razılaşması olub.
Yunanıstanın baş naziri Kiryakos Mitsotakis viza rejiminin sadələşdirilməsinin başlaması üçün tarix verib.
Yunan lider türk turistlərə 10 adaya girərkən viza rahatlığı təmin edəcək tətbiqin mart ayından başlayacağını bildirib.
Bildirib ki, müraciət yaz-yay boyu davam edəcək.
O, bu müqavilənin daimi olacağına inandığını bildirib.
Miçotakis Türkiyə-Yunanıstan əlaqələri ilə bağlı qiymətləndirmələr edib.
Türkiyənin ABŞ-dan F-16 almaq istəyi ilə bağlı sualı cavablandıran Yunanıstan lideri deyib:
“Biz nə bunun qarşısını almağa çalışırıq, nə də müdafiə avadanlığının başqa ölkəyə satışına təsir etmək imkanımız var.