Moskvadan Moldovaya: Cavabımız ağır olacaqbackend

Moskvadan Moldovaya: Cavabımız ağır olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Moldovada “Georgi lenti”nə qadağa qoyulmasını şərh edib.

İnterpress.az xəbər verir ki, o, bunu xəyanət adlandırıb və Kişinyovu “qarşıdurma ritorikasından” əl çəkməyə çağırıb.

“Bir daha Kişinyovu Rusiya-Moldova əməkdaşlığına ziyan vuran qarşıdurma ritorikasından əl çəkməyə çağırırıq. Yoxsa cavab verərik. Bu cavab ağrılı olacaq. Bu, bizim seçimimiz deyil. Biz belə ritorikanı dəstəkləmirik, lakin bu günlərdə Kişinyovdan eşitdiyimiz bəyanatları cavabsız qoymayacağıq”, – deyə Zaxarova bugünkü brifinqdə bildirib.

Moldova parlamenti Rusiyanın Ukraynaya təcavüzünə cavab olaraq ölkədə Rusiya imperiyasının simvolu olan “Georgi lenti”nin qadağan edilməsinə səs verib. Qanun Moldova prezidenti Maya Sandu tərəfindən təsdiqlənib.

Yeni qanuna əsasən, bu lenti hazırlayan, taxan və ya nümayiş etdirən hər kəs ən azı 900 ley (49 dollar) cərimə olunacaq və ya 69 saat ictimai işlərə cəlb ediləcək.

Sözügedən lent 1769-cu ildə imperatriça II Yekaterina tərəfindən təsis olunub və Rusiya üçün savaşan rus əsgərlərinə verilirdi. 3 qara, 2 narıncı xətdən ibarət olan lent hazırda Rusiyanın şovinist, “velikorus” və neofaşist gənclər təşkilatının, bir sıra siyasi partiyaların simvolu kimi istifadə olunur.