Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov budəfəki Prezident seçkilərinin yüzilliklərə düşən seçki olacağını bildirib.
İnterpress.az-ın xəbərinə görə, o, rəhbərlik etdiyi qurumda dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib ki, bu seçkilər Azərbaycanın bütün sərhədləri daxilində keçiriləcək:
“Budəfəki seçkilər yüzilliklərə düşən seçki olacaq. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə təmin olunub”.