Müəllimdən qorxunc sözlər: “Tapşırığı yazmayan şagirdləri divara söykəyib güllələmək lazımdır”backend

Müəllimdən qorxunc sözlər: “Tapşırığı yazmayan şagirdləri divara söykəyib güllələmək lazımdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada hər kəs bu müəllimdən danışır.

Nijni Novqoroddakı 40 saylı liseyin müəllimi ev tapşırıqlarını yerinə yetirilməməsinə görə ciddi şagirdlərin cəzalandırılmasını təklif etdikdən sonra qalmaqalın mərkəzində olub.

bu barədə “Reportyor – NN” yazıb. Dərs zamanı müəllim deyib ki, məktəbliləri buna görə divara söykəyib güllələmək lazımdır. Şagirdlər onun sözlərini diktofona yazıb.

Mətbuatda yayılan xəbərlərə görə, şagirdlər ev tapşırıqlarını yerinə yetirməyib və 2 qiymət alıblar. Şagirdlər qiyməti düzəltmək üçün müəllimdən əlavə zaman istəyiblər.

O isə bunun mənasız olduğunu söyləyib: “Niyə mənimlə görüşürsünüz? Dəftərinizdə beyin yaranacaq? Yoxsa başınızda bilik artacaq? Bütün əsəblərimi korlamısınız… Sizin hamınızı divara söykəyib, güllələmək lazımdır. Ondan sonra ev tapşırığı da olacaq”.

Liseydə baş verən hadisəni şəhərin təhsil şöbəsi nəzarətə götürüb.