NATO-nun Ukraynanın hava hücumundan müdafiə potensialını gücləndirmək öhdəliyibackend

NATO-nun Ukraynanın hava hücumundan müdafiə potensialını gücləndirmək öhdəliyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO Ukraynanın hava hücumundan müdafiə qabiliyyətini artırmağa davam edəcəyini bəyan edib və Rusiyanın Ukraynaya hücumlarını pisləyib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

NATO-nun verdiyi açıqlamaya görə, Rusiyanın Ukraynaya son hava hücumlarından sonra NATO-Ukrayna Şurası səfirlər səviyyəsində toplanıb.

Açıqlamada müttəfiqlərin Rusiyanın Ukraynaya qarşı hava hücumlarının artmasını və Rusiyanın Şimali Koreyadan aldığı ballistik raketlərdən və İrandan aldığı pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməsini “qətiyyətlə” pislədikləri və Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklərinə söz verdiyi bildirilib.

Bəyanatda müttəfiqlərin NATO vasitəsilə təxminən 1000 ədəd “Patriot” hava hücumundan müdafiə sistemi alacağı bildirilib və Almaniyanın bu yaxınlarda Ukraynaya “Patriot” və “Skynex” hava hücumundan müdafiə sistemləri və “İris-T” raketləri tədarük etdiyi xatırladılıb.

Açıqlamada İngiltərənin Ukraynaya təxminən 200 hava hücumundan müdafiə raketi göndərəcəyi xatırladılıb və toplantıda bəzi müttəfiq ölkələrin Ukraynaya 2024-cü il üçün milyardlarla avroluq əlavə qrantın müəyyən edildiyi bildirilib.

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynaya dəstəyin davam edəcəyini vurğulayıb: “Rusiya prezidenti Vladimir Putin iki ildir ki, Ukraynanı kütləvi hücumlarla yıxmağa çalışsa da, buna nail ola bilməyəcək. Rusiyanın təqib kampaniyası yalnız Ukraynanın əzmini gücləndirir”.