Dünya bazarında neft qiymətləri bir gün əvvəl artdıqdan sonra yenidən cüzi azalıb.
İnterpress.az “İnterfaks”a istinadən xəbər verir ki, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 0,15 ABŞ dolları aşağı düşüb və 1 barel üçün 79,91 ABŞ dolları təşkil edib.
Nyu-York əmtəə birjasında “WTI” markalı neftin mart fyuçersləri 0,13 ABŞ dolları ucuzlaşaraq 1 barel üçün 74,63 ABŞ dolları olub.