Nepal dağlarında həlak olan alpinistlərin cəsədləri noyabrın 9-dək Rusiyaya təhvil veriləcək.
İnterpress.az xəbər verir ki, bu barədə RİA Novosti-yə Leninqrad vilayəti Alpinizm Federasiyası məlumat verib.
Agentliyə cəsədlərin təxliyəsini əks etdirən video da təqdim olunub.
Alpinistlər qrupu oktyabrın 6-da hündür düşərgəni tərk edərkən onlarla əlaqə kəsilib. 2 gündən sonra xilasedicilər 5 alpinistin cəsədinin tapıldığını bildiriblər.
Xuraman Etibarlı
İnterpress.az