Nepal vətəndaşlarını Rusiya ordusuna cəlb edənlər həbs edilirbackend

Nepal vətəndaşlarını Rusiya ordusuna cəlb edənlər həbs edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nepal polisi gəncləri Rusiya ordusuna cəlb etməkdə şübhəli bilinən 12 vətəndaşı həbs edib.

İnterpress.az BBC-yə istinadən xəbər verir ki, Ukraynada gedən döyüşlərdə 6 nepallı ölüb.

Belə ki, Katmandu polisinin məlumatına görə, onlar Rusiyaya turist vizası ilə göndərilmək üçün 9 min ABŞ dolları ödəyiblər.

Hazırda Rusiya ordusunda yüzə yaxın nepallının xidmət etdiyi təxmin edilir.

Nepalın Rusiyadakı səfirliyi bəyan edib ki, ölkəsinin təxminən 200-ə yaxın vətəndaşı bu ölkə uğrunda döyüşür. Bu həftənin əvvəlində səfirlik vətəndaşlara geri qayıtmaq çağırışı edib.

Dünya Bankının məlumatına görə, Nepal dünyanın ən yoxsul ölkələrindən biridir və əhalinin təxminən 40%-i yoxsulluq həddinin altında yaşayır.