Netanyahu nazirlərin yalan detektoru testlərindən keçməsini tələb edən qanun layihəsi təqdim etməyi planlaşdırırbackend

Netanyahu nazirlərin yalan detektoru testlərindən keçməsini tələb edən qanun layihəsi təqdim etməyi planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin baş naziri Benyamin Netanyahu kabinet iclaslarına qatılan nazirlər üçün yalan detektoru testləri ilə bağlı qanun qəbul etmək istədiyini bildirib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Jerusalem Post qəzetindəki xəbərə görə, Netanyahu təhlükəsizlik və kabinet iclaslarına qatılan bütün nazirlərin poliqrafiya testi ilə bağlı qanun təklif etməyi planlaşdırdığını bildirib.

Xəbərə görə, Netanyahu bu planı Nazirlər Kabinetinin iclasında açıqlayıb və burada “İsrail parlamentinin sızma vəbasından əziyyət çəkdiyini” bəyan edib.

Netanyahu “belə davam etməyə hazır olmadığını” ifadə edərək, bu qanunun qəbul edilməsi lazım olduğunu bildirib.

İsrail mətbuatında yer alan xəbərə görə, Təhlükəsizlik Kabinetinin yanvarın 4-də keçirilən iclasında Baş Qərargah rəisi Herzi Halevi başda olmaqla bir çox nazir və ordu nümayəndələri arasında qızğın müzakirələr yaşanıb.

Müxalifətdəki Yeş Atid (Gələcək Var) Partiyasının lideri Yair Lapid deyib ki, kabinetdən sızmalar biabırçılıqdır və kabinetin təhlükəli olduğunun başqa bir sübutudur.